ÇL: “Bu nəticəni qəbul etmək çətindir”

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda “Barselona”ya evdə məğlubiyyətdən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türk çalışdırıcı bu nəticəni qəbul etməyin çətin olduğunu bildirib:

“Bu nəticəni qəbul etmək çətindir. İki vacib oyunçumuzu itirdik, həm də məğlubiyyətlə üzləşdik. Belə matçlarda qalib gəlmək və kobud səhvlərə yol verməmək lazımdır. Belə yüksək səviyyədə bu, sadəcə, yolverilməzdir”.

Dortmunddakı stadionda keçirilən “Borussiya” – “Barselona” matçı Almaniya klubunun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu nəticədən sonra Şahinin komandası 12 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button