ÇL: “Bu matçda Rafinyanı saxlaya bilmədik”
“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində “Barselona”ya böyükhesablı məğlubiyyətdən (1:4) danışıb.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, almaniyalı futbolçu hər iki komandanın hücum futbolu oynadığını bildirib:
“Hər iki komanda hücum futbolu oynadı, ona görə də, səhvlər və çoxlu itkilər oldu. Rəqibin sürətli oyunçularının qarşısını alaraq meydanın ortasında daha aqressiv oynamaq lazım idi. Bu matçda Rafinyanı saxlaya bilmədik. Bu məsələ ilə məşğul olmalıyıq”.
Dünənki matçda braziliyalı futbolçu Rafinya “Barsa”nın heyətində 3 qol vurub. Polşalı forvard Robert Levandovski isə 1 dəfə fərqlənib. Münhen komandasının yeganə qoluna ingiltərəli hücumçu Harri Keyn imza atıb.
Çempionlar Liqasının ümumi mərhələsinin 3 turunun nəticələrinə əsasən Hans-Diter Flikin komandası 6 xalla turnir cədvəlinin 13-cü, “Bayern” isə 3 xalla 24-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin