
ÇL: “Bu komanda öz tarixinin ən yaxşı klubudur”
“Real”ın keçmiş baş məşqçisi Fabio Kapello “kral klubu”nun Çempionlar Liqasındakı növbəti qələbəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, hazırkı “Real”ın öz tarixinin ən yaxşı komandası olduğunu bildirib:
“Real”ın qələbəsi çox simvolikdir. Çempionlar Liqasının sonuncu qalibi olan bu komanda öz tarixinin ən yaxşı klubudur. Mən oyunda idim, orada çoxlu dostlarla tanış oldum, hamımız yaxşı futbol izlədik”.
“Real” ÇL-in həlledici oyununda Dortmund “Borussiya”sını məğlub edib – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin