
ÇL: Bu gün əsas mərhələ start götürəcək
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə start veriləcək.
Komanda.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 6 qarşılaşma olacaq.
Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən “Atletik” evdə “Arsenal”la üz-üzə gələcək. La Liqanın digər təmsilçisi “Real” isə səfərdə “Marsel”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
20:45. PSV (Niderland) – “Yunion” (Belçika)
20:45. “Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə)
23:00. “Real” (İspaniya) – “Marsel” (Fransa)
23:00. “Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



