“Çempionlar Liqasının finalına çıxmaq üçün əlimizdən gələni edəcəyik”
“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Ceydon Sanço Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirəcəkləri ilk oyundan öncə mətbuata açıqlama verib.
Komanda.az “Bumblebees”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu indi yeni bir oyun oynayacaqlarını bildirib:
“Qrup mərhələsi artıq keçmişdə qaldı. İndi yeni bir oyun oynayacağıq. Qarşılaşmaya maksimum konsentrasiya ilə yanaşmaq lazımdır. Bu, bizim üçün yeni çağırış olacaq, Çempionlar Liqasının finalına çıxmaq üçün əlimizdən gələni edəcəyik. Hər iki komanda döyüşə hazır durumdadır. Maraqlı qarşılaşma olacaq”.
Bu gün “Borussiya” evdə PSJ-ni qəbul edəcək. Matç saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin