ÇL: Slotdan PSJ-yə məğlubiyyət haqda açıqlama

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ-yə məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu dəfə ilk oyunla müqayisədə inanılmaz oynadıqlarını bildirib:

“Bu gün, xüsusən də ilk oyunla müqayisədə inanılmaz oynadıq. İlk 25 dəqiqədə şans ardınca şanslar yaradaraq üstün olduq, amma qol buraxdıq. Ümumilikdə, erkən mərhələdə PSJ kimi rəqiblə qarşılaşmaq ədalətsizlik kimi görünür. Keçən həftə bir az şansımız oldu, ancaq bu dəfə səylərimiz kifayət etmədi”.

“Qırmızılar” keçən həftə Parisdə minimial hesablı qələbə qazanmışdılar, ancaq cavab oyununda üstünlüyü qoruya bilmədilər və “Enfild Roud”da eyni hesabla uduzdular. Luis Enrikenin yetirmələrinin daha dəqiq olduğu matçın taleyi penaltilər seriyasında həll olunub – 4:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button