
ÇL: Bu gün pley-off mərhələsində daha 4 oyun keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçiriləcək.
Komanda.az xəbər verir ki, “Real” İspaniyada “Mançester Siti” ilə görüşəcək. “Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” səfərdə PSV-nin qonağı olacaq.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Çempionlar Liqası, pley-off, cavab oyunları
19 fevral
21:45. Borussiya (Almaniya, Dortmund) – Sportinq (Portuqaliya)
İlk oyun – 3:0
00:00. PSJ (Fransa) – Brest (Fransa)
İlk oyun – 3:0
00:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)
İlk oyun – 3:2
00:00. PSV (Niderland) – Yuventus (İtaliya)
İlk oyun – 1:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin