ÇL: Bu gün ilk finalçı məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Komanda.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək. “İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək. Oyun saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada keçiriləcək. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Çempionlar Liqası: Yarımfinal, cavab oyunu

6 may

23:00. İnter (İtaliya) – Barselona (İspaniya)
İlk oyun – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button