
ÇL: “Bu gün birdən çox qol vura bilərdik”
“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda komandasının “İnter”ə məğlubiyyətini (1:2) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis həmişə bu təhlükənin fərqində olduqlarını deyib:
“Bu gün birdən çox qol vura bilərdik. İki, üç və hətta daha çox. Biz həmişə bu təhlükənin fərqində idik, ancaq daha təhlükəli hücumlar etdik və şanslar yaratdıq”.
“Bayern”in heyətində Tomas Müller fərqlənib. Qonaqlar Lautaro Martines və Davide Frattesinin qolları ilə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Cavab oyunu aprelin 16-da Milanda keçiriləcək.
2024/25 mövsümünün Çempionlar Liqasının final oyunu Münhendə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin