ÇL: Bu gün daha 4 oyun keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçiriləcək.
Komanda.az xəbər verir ki, “Atalanta” səfərdə “Brügge” ilə qarşılaşacaq.
“Feyenoord” Niderlandda “Milan”ı qəbul edəcək, “Seltik” evdə “Bayern”lə qarşılacaq. “Benfika” isə səfərdə “Monako” ilə görüşəcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına fevralın 18-də start veriləcək.
Çempionlar Liqası, pley-off, ilk oyunlar
12 fevral
21:45. Brügge (Belçika) – Atalanta (İtaliya)
00:00. Feyenoord (Niderland) – Milan (İtaliya)
00:00. Seltk (Şotlandiya) – Bayern (Almaniya)
00:00. Monako (Fransa) – Benfika (Portuqaliya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin