Mahirli “Dinamo” ÇL-in qrup mərhələsində!

Dünən UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapıb.

İsrailda “Makkabi” (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan “Srvena Zvezda” isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma dörd qolluq bu oyunda qalib müəyyənləşməyib. Nəticədə növbəti mərhələyə İsrail çempionu vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də baş tutub. Bu gün keçirilən üç oyunla ÇL-in qrup mərhələsinin bütün iştirakçıları məlum olub. Türkiyə çempionu “Trabzonspor” Danimarka “Kolenhangen”ini sınağa çəkib. Səfərdəki lk matçda “Trabzonspor” 1:2 hesabı ilə uduzmuşdu. Cavab görüşü qolsuz bitib və Türkiyə klubu ÇL-də mübarizəni dayandırıb.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə səfərdə minimal hesabla uduzduğu “Bude Qlimt”lə qarşılaşıb. Cavab görüşündə isə darmadağınla qalib gələn futbolçumuzun komandası ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Mahir bu görüşün 60-cı dəqiqəsində meydana çıxıb, əlavə vaxta gedən matçın sonuna kimi oynayıb.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları

23 avqust

Viktoriya (Plzen, Çexiya) – Qarabağ (Azərbaycan) 2:1
İlk oyun – 0:0

Srvena Zvezda (Serbiya) – Makkabi (Hayfa, İsrail) 2:2
İlk oyun – 2:3

Benfika (Portuqaliya) – Dinamo (Kiyev, Ukrayna) 3:0
İlk oyun – 2:0

24 avqust

Dinamo (Zaqreb, Xorvatiya) – Bude Qlimt (Norveç) 4:1
Qol
: Orşiç, 4. Petkoviç, 4. Drmiç, 117. Boçkay, 120 – Qronbaek, 70.
İlk oyun – 0:1

Trabzonspor (Türkiyə) – Kopenhagen (Danimarka) 0:0
İlk oyun – 1:2

PSV (Niderland) – Reyncers (Şotlandiya) 0:1
Qol
: A.Çolak, 60.
İlk oyun – 2:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button