
Emeri: “Oyundan əvvəl belə nəticə gözləyirdim”
UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları baş tutub.
“Aston Villa” Parisə yollanıb və orada yerli PSJ-yə 1:3 hesabı ilə uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem klubunun baş məşqçisi Unay Emeri bunun tamamilə gözlənilən və hətta müəyyən dərəcədə proqnozlaşdırıla bilən nəticə olduğunu bildirib:
“Oyundan əvvəl belə nəticə gözləyirdim. 1:2 və ya 1:3. Gələn həftə evdə oynayacağıq və bu, tamam başqa məsələ olacaq. Azarkeşlərimiz bizə kömək edəcəklər. Hesab 1:2 olanda hələ şanslarımız var idi. Ola bilsin ki, üçüncü qol bir az lazımsız oldu, amma vəziyyət çox dəyişmir. Evdə birdən çox qol fərqi ilə qalib gəlmək lazımdır”.
Cavab matçı bir həftə sonra İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



