ÇL: “Üçdən çox qol vura bilmədiyimiz üçün çox məyus olduq”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qalatasaray”la heç-heçə (3:3) haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı futbolçu yaxşı oynadıqlarını bildirib:
“Üçdən çox qol vura bilmədiyimiz üçün çox məyus olduq. Düzünü desəm, axşam başlamamışdan əvvəl bunu bizə desəydiz, buna sevinərdik. Amma futbolda oyunda səhvlər və fərqli şeylər ola bilər. Mənə elə gəlir ki, çox yaxşı oynadıq. Biz oyuna nəzarət etdik, amma bu, futboldur və hər şey ola bilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin