ÇL: “Bu, bütün Niderland futbolu üçün gözəl bir andır”

“Milan” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Feyenoord”la oyunlarda məğlub olaraq (0:1; 1:1), mübarizəni dayandırıb.

İtaliya klubu cavab matçının ikinci hissəsinin əvvəlində fransalı müdafiəçi Teo Hernandesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Komanda.az “Ziggo Sport”-a istinadən xəbər verir ki,”Milan”ın sabiq futbolçusu Marko van Basten buna münasibət bildirib:

“Bu, “Feyenoord” və bütün Niderland futbolu üçün gözəl bir andır. Düşünürəm ki, bu, ədalətlidir, çünki “Milan” zəif oynadı və “Feyenoord” növbəti mərhəlyə vəsiqə qazandı. Teo “Milan”a problem yaratdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button