
Luis Enrike 10 qol vurduqları komandanı təriflədi
PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Brest” üzərində 7:0 hesablı qələbə qazanıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris komandasının baş məşqçisi Luis Enrike bu oyunla bağlı fikirlərini bölüşüb:
“Brest”ə qarşı oynamaq asan deyil. Bu, hazırda Fransanın ən güclü klublarından biridir. Amma özümüzə istirahətə imkan vermədik. PSJ çox toplanmış oynadı. Komanda matçboyu əla idi”.
Parislilər iki oyunun yekununda “Brest”ə 10:0 hesabı ilə qalib gəlib. PSJ Çempionlar Liqasının növbəti mərhələsində “Barselona” və ya “Liverpul”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin