ÇL: “Bizim üçün hər şey əla gedir”

“Arsenal” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda səfərdə “Jirona”ya 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta oyundan sonra açıqlama verib:

“Bizim üçün hər şey əla gedir. Komanda Çempionlar Liqasındakı son dörd oyunda qalib gəlib, ancaq son qələbəni qazanmaq olduqca çətin idi. İndi “Arsenal” yaşadığı problemlərə baxmayaraq, sabit oyun nümayiş etdirir. Bizim hər bir rəqiblə rəqabət apara bilən böyük komandamız var”.

“Arsenal” Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 3-cü pillədən 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button