![](https://komanda.az/wp-content/uploads/2023/09/kasper-smeyxel.jpeg)
ÇL: “Almaniyada qalib gəlmək çətin olacaq”
“Seltik”in qapıçısı Kasper Şmeyxel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Bayern”ə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, danimarkalı qolkiper Almaniyada qalib gəlməyin çətin olacağını bildirib:
“Biz dünya futbolunun ən yaxşı komandalarından birinə qarşı idik. Bu matçda bəxt yetərli olmadı. “Seltik” mübarizə apardı və bərabərliyi əldə etməyə çalışdı. Almaniyada qalib gəlmək çətin olacaq, bizim heç bir illüziyamız yoxdur”.
“Seltik” ev oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşib. Cavab oyunu fevralın 18-də Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin