ÇL: “Bizim bir məqsədimiz var, qalib gəlmək”

“Barselona” və “İnter” bu gün UEFA Çempionlar Liqasının ilk finalçısını müəyyənləşdirəcək.

Komandalar ötən həftə 3:3 hesabı ilə bərabərə qalıblar. Cavab oyunu “San Siro”da keçiriləcək.

Komanda.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo mətbuat konfransında Milan komandası ilə keçirəcəkləri cavab matçı haqda fikirlərini bölüşüb:

“Çempionlar Liqasının finalına cəmi bir oyun qalıb. “Real” haqda daha sonra düşünəcəyik. Mən böyük xəbərlər vermək istəmirəm, amma paltardəyişmə otağımızdakı ab-hava şənlik kimidir. Gənc futbolçularımız özlərini rahat hiss edir və əylənirlər. Bizim böyük insanlardan və əla futbolçulardan ibarət sağlam komandamız var. Bizim bir məqsədimiz var, qalib gəlmək”.

Matçın qalibi finalda PSJ və ya “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button