Ançelotti: “Biz yorulmuşuq, amma xoşbəxtik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında 1/4 finala yüksəldikdən sonra fikirlərini bölüşüb.

“Kral klubu” cavab səfərində “Atletiko”ya minimal hesabla məğlub olsa da (ümumi 2:2), ancaq penaltilər seriyasında daha dəqiq olub – 4:2.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çətin matç olduğunu bildirib:

“Çətin matç oldu. Biz əvvəldən özümüzü çətin vəziyyətə saldıq. “Atletiko”nun qolu oyunun gedişatını dəyişdi. Bundan sonra rəqib yaxşı müdafiə olundu və əks-hücumlara keçməyə çalışdı. Bütün çətinliklərə baxmayaraq, penaltilər seriyasında qalib gəldik və daha da irəlilədik. Bu, bizim ən yaxşı oyunumuz deyildi, amma vacib olan odur ki, istədiyimizi əldə etdik. Biz yorulmuşuq, amma xoşbəxtik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button