
ÇL: “Bütün dünya Yamalın necə yaxşı futbolçu olduğunu görür”
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə keçirilən oyundan sonra rəqibin gənc hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, erməni futbolçu Yamalın parlayan bir oyunçu olduğunu bildirib:
“Bütün dünya onun necə yaxşı futbolçu olduğunu görür. O, parlayan bir oyunçudur. Biz onu dayandırmağa çalışdıq, amma bu çox çətin idi, çünki onun böyük istedadı var. Ümid edirəm ki, gələn həftə ona bu qədər imkan verməyəcəyik”.
17 yaşlı Yamal sözügedən oyunda bir qol vuraraq, komandasına töhfə verib. “Barselona” ilə “İnter” arasında qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu oyun Yamalın kataloniyalıların əsas komandasında keçirdiyi 100-cü matç olub.
Bizi Facebook-da izləyin