“Biz şanslarımızı qaçırmağa nifrət edirdik” – Qrizmann

“Atletiko”nun hücumçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasının ilk turunda “Leyptsiq”lə ev oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu mətbuat konfransında bunu deyib:

“Biz şanslarımızı qaçırmağa nifrət edirdik. Bu məqam paltardəyişmə otağında müzakirə olunub. Bununla belə, komanda oyunun axarını dəyişərək qələbə qazana bildi”.

“Atletiko” 2:1 hesablı qələbəni bayram edib. Qrizmann matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Madrid klubu Çempionlar Liqasının 2-ci turunda “Benfika” ilə, “Leyptsiq” isə “Yuventus”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button