
ÇL: “Biz qrup mərhələsində möcüzə yaratdıq”
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının Çempionlar Liqasındakı çıxışı haqda danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis pley-off mərhələsinə yüksəlməyin möcüzə olduğunu bildirib:
“Biz qrup mərhələsində möcüzə yaratdıq, indi son oyunda daha bir möcüzə yaratmağa çalışmalıyıq. Bu asan olmayacaq, amma cəhd etməliyik. “Latsio” Çempionlar Liqasında daha yaxşı çıxış edir? A Seriyasında üç qələbə qazansaq da, insanlar hər şeyi itirdiyimizi iddia etməyə davam edirlər”.
“Latsio” və “Atletiko” artıq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqələrini təmin ediblər və dekabrın 13-də E qrupunda birinci yer uğrunda görüşdə qarşılaşacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin