ÇL: “Bu qarşılaşmada əvvəllər çatışmayan bəxt bizim tərəfdə oldu”
Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim UEFA Çempionlar Liqasında qaib gəldikləri (4:1) “Mançester Siti” ilə oyunu şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı ilk qoldan sonra hər şeyin plan üzrə getdiyini bildirib:
“Biz daha yaxşı performans tələb edə bilməzdik. Bu qarşılaşmada əvvəllər çatışmayan bəxt bizim tərəfdə oldu. İlk qoldan sonra hər şey plan üzrə getdi. İkinci hissənin əvvəlində vurulan iki qol həlledici oldu. Onlar oyunun gedişatını tamamilə dəyişdilər. Stadiondakı ab-havanı qeyd etmək istərdim, bu, inanılmaz idi”.
“Sportinq” 4 oyunun nəticəsinə əsasən 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin