ÇL: “Belə oyun görəndə qürur duyuram” – “Braqa”nın baş məşqçisi
“Braqa”nın baş məşqçisi Artur Jorje Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real”a məğlubiyyətdən (1:2) sonra komandasının daha böyük nailiyyətlər əldə edə biləcəyini deyib.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan mütəxəssis “Real”la oyuna görə qürur duyduğunu bildirib:
“Belə bir oyun görəndə qürur duyuram. Uşaqlar dünyanın ən yaxşı komandaları ilə bərabər səviyyədə mübarizə aparırlar. Bu, çox dəyərlidir. Mən də hiss edirəm ki, biz daha çox şeyə nail ola bilərik. Amma onu da bilirəm ki, biz düzgün yoldayıq”.
“Real”ın 9 xalı var və qrup birincisidir. “Braqa” isə üçüncüdür (3 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin