ÇL: “Belə qələbələr yaddaşlarda əbədi qalır”

“Lill”in baş məşqçisi Bruno Genesio UEFA Çempionlar Liqasının 2-ci turunda “Real” üzərində qazanılan qələbədən (1:0) danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı bunun üçün çox çalışdıqlarını bildirib:

“Biz bunun üçün çox çalışdıq. Bu iş sayəsində biz fanatlarımız və ailəmizlə inanılmaz emosiyalar paylaşa bilərik. Futbolu inanılmaz edən də budur. Belə qələbələr yaddaşlarda əbədi qalır”.

Fransa klubu 3 xal toplayıb və Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Real” isə 3 xalla 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button