ÇL: “Bayern”in hücumçusu MS ilə oyunda olmayacaq

“Bayern”in hücumçusu Erik Şupo-Motinq İngiltərədə “Mançester Siti”yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu diz oynaqlarında problem olduğu üçün MS ilə səfər matçına aparılmayacaq.

Kamerunlu futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Aprelin 11-də keçiriləcək “Mançester Siti” – “Bayern” oyunu saat 23:00-da başlayacaq. Cavab görüşü aprelin 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button