ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk matçda “Bayern” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.
Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.
Digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
30 aprel
Bayern (Almaniya) – Real (İspaniya) 2:2
Qol: Sane, 53. Keyn, 57 – Vinisius, 24; 83-pen.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin