ÇL: Futbolçular əyləndi, “Bayern” rekordu yenilədi
“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında Zaqreb “Dinamo”su üzərində inamlı qələbədən sonra (9:2) açıqlama verib.
Komanda.az xəbər verir ki, belçikalı çalışdırıcı mətbuat konfransında futbolçuların meydanda əyləndiklərini bildirib:
“Son nəticədə ən vacibi üç xal, 9 qoldur. Futbolçular meydanda əyləndilər. Hər iki vəziyyətdə bir addım gecikdiyimiz üçün iki qol buraxdıq, amma cavabımız dərhal oldu”.
Münhen komandası fasiləyə 3:0 öndə daxil olsa da, ikinci hissədə sürətli 2 qol buraxaraq, rəqibinə qurtuluş ümidi verib. Bundan sonra münhenlilər daha altı dəfə fərqlənərək bir matçda UEFA Çempionlar Liqasında qol rekordu qırıb. Harri Keyn pokeri qeyd edərək, görüşün ən yaxşı oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin