
ÇL: “Bayern” mövsümdə ilk məğlubiyyətini alıb
“Bayern” Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Latsio”ya 0:1 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, bu, Münhen klubunun 2023/2024 mövsümündə ÇL-də ilk məğlubiyyəti olub.
Almaniya təmsilçisi Çempionlar Liqasında sonuncu dəfə ötən mövsüm 1/4 finalda “Mançester Siti”yə (0:3) uduzub.
“Bayern” – “Latsio” matçı martın 6-da Münhendə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin