ÇL: “Bayern” kimi çox güclü rəqibi məğlub etdik”
“Barselona”nın müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Bayern” üzərində evdə qazanılan qələbəni (4:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu ilk qoldan sonra bir qədər çətinlik çəkdiklərini bildirib:
“Bizim üçün böyük qələbə oldu. “Bayern” kimi çox güclü rəqibi məğlub etdik. Belə qələbələr özünə inamı artırır. İlk qoldan sonra bir qədər çətinlik çəkdik, amma ikinci qoldan sonra arxaya baxmadıq”.
Dünənki matçda braziliyalı futbolçu Rafinya “Barsa”nın heyətində 3 qol vurub. Polşalı forvard Robert Levandovski isə 1 dəfə fərqlənib. Münhen komandasının yeganə qoluna ingiltərəli hücumçu Harri Keyn imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin