ÇL: “Hesab 2:1 olanda “Bayern” ipdən asılı idi”

“Seltik”in baş məşqçisi Brendan Rocers UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Bayern”ə evdə məğlubiyyətlə bağlı danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, şimali irlandiyalı çalışdırıcı hələ şanslarının olduğunu deyib:

Hesab 2:1 olanda “Bayern” ipdən asılı idi. Hələ şansımız var. Gəlin görək hər şey necə bitəcək. Komandanın bir çox oyunçusu üçün bu təcrübə yenidir. “Seltik” hələ də oyundadır”.

“Seltik” doğma meydanda 1:2 hesablı məğlubiyyətlə üzləşib. Komandalar arasında cavab oyunu fevralın 18-də, Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button