
“Barselona”nın prezidentindən futbolçulara: “Başınızı dik tuta bilərsiz”
“Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə məğlub olaraq (ilk oyun 3:3, cavab matçı 3:4) turnirdən kənar qaldıqdan sonra klub prezidenti Xuan Laporta futbolçulara dəstəyini ifadə edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, Laporta oyundan sonra komandanın paltardəyişmə otağına daxil olub və oyunçulara irad bildirməyib.
O, futbolçulara göstərdikləri mübarizə və xarakter üçün təşəkkür edib:
“Siz başınızı dik tuta bilərsiz, azarkeşlər sizinlə fəxr edir. Biz bunu yenidən edəcəyik və daha da yaxşı oyun göstərəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



