“Barselona”nın prezidenti azarkeşlərə müraciət edib

“Barselona”nın prezidenti Xuan Laporta Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab matçı öncəsi komandanın azarkeşlərinə müraciət edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti futbolçularına inandığını bildirib:

“Biz stadionun tribunalarını doldurmalı və komandaya dəstək olmalıyıq. Futbolçular buna layiqdir. Biz onlara inanırıq. Tarix yazmağa doğru gedirik. Komanda çox pozitivdir. Amma biz “Barselona” azarkeşləri komandaya kömək etməliyik. Hər şey yolunda getsə, yarımfinala çıxacağıq”.

Cavab matçı bu gün keçiriləcək. “Barselona” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button