
ÇL: “Bəzən futbol ədalətsiz olur”
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Covanni Reyna UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda “Barselona”ya evdə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı futbolçu yaxşı oynadıqlarını bildirib:
“Çempionlar Liqasında evdə uduzmaq dəlilikdir. Yaxşı oynadıq, amma güclü rəqibə uduzduq. Bəzən futbol ədalətsiz olur. Düşünürəm ki, heç-heçə layiqli nəticə olardı. Qalan iki matçda qalib gəlməliyik”.
“Borussiya” Çempionlar Liqasının 6 turundan sonra 12 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin