ÇL: “Mənə elə gəlir ki, əla matç olacaq”
PSJ-nin baş məşqçisi Luis Enrike “Zalsburq”la oyundan gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əla matç olacağını bildirib:
“Mənə elə gəlir ki, əla matç olacaq. Bəxtimiz gətirdi ki, UEFA Çempionlar Liqasında yüksək səviyyəli rəqiblərə qarşı çoxlu matçlar keçirə bilərik, məqsədimiz onların hər birində qalib gəlməkdir.
Qazanmağa necə başlamaq lazımdır? Sehrli düstur aydındır: rəqibinizdən daha çox xal toplayın. Biz performansımızı yaxşılaşdırmağa çalışacağıq, həmçinin özümüzə inamlı olmağa və irəliləməyə davam etməliyik”.
“Zalsburq” bu gün PSJ-ni qəbul edəcək. Matçın start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin