ÇL: Azarkeş ölümünə görə təxirə salınan matçın vaxtı açıqlanıb
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun Yunanıstanda AEK-ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyununun yeni tarixi açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeş ölümünə görə təxirə salınan qarşılaşma avqustun 18-də və ya 19-da Afinada təşkil olunacaq.
Digər matç isə əvvəldən planlaşdırıldığı kimi, avqustun 15-də Zaqrebdə oynanılacaq.
Bu günə planlaşdırılan AEK – “Dinamo” oyunundan öncə azarkeşlər arasında kütləvi dava düşüb. Nəticədə, Yunanıstan klubunun fanatlarından biri öldürülüb. Bu səbəbdən, UEFA oyunu təxirə salıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin