![](https://komanda.az/wp-content/uploads/2023/03/Konseysao.jpg)
Konseysao: “Feyenoord”da daha çox şey var idi”
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Milan” səfərdə “Feyenoord”a 0:1 hesabı ilə uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra İtaliya komandasının baş məşqçisi Serjio Konseysao açıqlama verib:
“Matçlar belə qazanılır – mentalitetlə. Hətta bu atmosferi nəzərə alsaq, “Feyenoord”da daha çox şey var idi. Hesabı bərabərləşdirmək üçün bir neçə şansımız oldu. Hər şey hələ də açıqdır. Cavab matçına hazırlaşmalıyıq”.
“Milan” – “Feyenoord” cavab qarşılaşması fevralın 18-də, saat 21:45-də keçiriləcək. Konseyasaonun komandası buna qədər A Seriyasında “Verona” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin