ÇL: “Atletiko”nun belə uduzması qəbuledilməzdir”

“Atletiko”nun qapıçısı Yan Oblak UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, sloveniyalı futbolçu, “Atletiko”nun belə uduzmasının qəbuledilməz olduğunu bildirib:

“Belə matçlar bəzən olur, lakin biz buna imkan verməməliyik. Komanda meydanda zəif mübarizə apardı. “Atletiko”nun belə uduzması qəbuledilməzdir, bizim heç bir bəhanəmiz yoxdur. Bu nəticəni qəbul edib yolumuza davam etməliyik. Bu həftəsonu vacib matçımız var”.

İspaniya nəhəngi dünən Lissabonda gözlənilmədən 0:4 hesabı ilə məğlub olub. Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasının ilk turunda “Leyptsiq”i məğlub edib – 2:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button