ÇL: “Aston Villa” əla komandadır”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə keçirəcəkləri ilk oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Aston Villa”nın əla komanda olduğunu bildirib:

“Aston Villa” əla komandadır. Unay Emeri yaxşı komanda formalaşdırıb. Komanda Emeri sayəsində son iki ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

Qarşılaşma bu gün parislilərin doğma meydanında keçiriləcək və saat 23:00-da start götürəcək.

“Arsenal” dünən öz meydanında “Real”ı 3:0, “İnter” isə səfərdə “Bayern”i 2:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button