
Ançelotti: “Arsenal” yarımfinala yüksəlməyə layiq komandadır”
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a evdə məğlubiyyətdən (1:2) danışıb.
İlk matç 3:0 hesabı ilə “topçular”ın xeyrinə başa çatıb. Beləliklə, iki oyunun cəmində 1:5 hesabı ilə məğlub olan madridlilər Çempionlar Liqasından kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında “Arsenal”ın yarımfinala yüksəlməyə layiq olduğunu bildirib:
“Komanda cəhd etdi, amma matçın gedişatını dəyişə bilmədik. “Arsenal” yarımfinala yüksəlməyə layiq komandadır”.
“Arsenal” yarımfinalda PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin