ÇL: “Arsenal” qələbəni tam haqq etdi”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 3-cü turunda “Arsenal”a 0:4 hesabı ilə uduzduqları matçı şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis oyunun gedişatında müəyyən məqamların nəticəyə təsir etdiyini bildirib:

“Onlar ardıcıl üç qol vurdu və həmin anlarda “Arsenal” bizdən xeyli üstün idi. Standart vəziyyətdən vurulan qol oyunu tamamilə onların xeyrinə dəyişdi. 58-ci dəqiqəyə qədər yaxşı görünürdük, ancaq bizi bu gün daha güclü olan komanda məğlub etdi”.

Simeone həmçinin, rəqibin üstün cəhətlərinə də diqqət çəkib:

“Matçda bizim xeyrimizə dönə biləcək xırda detallar var idi, amma rəqib həm hücumda, həm də müdafiədə çox tələbkardır. 60-cı dəqiqəyə qədər dözümlü oynadıq, ondan sonra isə “Arsenal” qələbəni tam haqq etdi. Onlar standart vəziyyətlər üzrə əsl mütəxəssislərdir və bu sahədə çox yaxşı işləyirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button