ÇL: “Arsenal” hər şeydə bizdən üstün idi”

“Arsenal” UEFA Çempionlar Liqasının 2-ci turunda evdə PSJ-ni 2:0 hesabı ilə məğlub edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ-nin ispaniyalı çalışdırıcısı Luis Enrike komandasının məğlubiyyətindən danışıb:

“Oyun baxımından aşağısınızsa, yaxşı nəticə əldə edə bilməzsiz. “Topçular”ın müdafiəsi bizim hücumlarımızı asanlıqla oxuyurdu. Hücumçularımız bir dəfə də olsun rəqib müdafiəçiləri keçə bilmədilər. “Arsenal” hər şeydə bizdən üstün idi”.

PSJ ilk turda öz meydanında “Jirona”nı minimal hesabla məğlub etmişdi (1:0). “Arsenal” isə səfərdə “Atalanta” ilə (0:0) heç-heçə oynamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button