
ÇL: Ferdinand iki komandanı favorit görür
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasında favorit hesab etdiyi klubların adlarını açıqlayıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un çox qorxuducu göründüyünü deyib:
“Çempionlar Liqasının favoritləri kimlərdir? “Real” və “Liverpul”un adını çəkəcəm. Arne Slotun komandası çox qorxuducu görünür. Hücumda Məhəmməd Salah var, o, matçı təkbaşına qazanmağa qadirdir”.
Çempionlar Liqasının hazırkı qalibi “Real”dır. Karlo Ançelottinin komandası ötən mövsüm finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub etmişdi. Bu turnirin 1/8 final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin