Sabiq futbolçu PSJ-nin qapıçısını müdafiə etdi

Fransa millisinim sabiq yarımmüdafiəçisi Jerom Roten PSJ-nin qapıçısı Canluici Donnarummanın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la ilk oyundakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Matçın sonlarında qol buraxan parislilər 0:1 hesabı ilə məğlub olub.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, anları ədalətli qiymətləndirməyin lazım olduğunu bildirib:

“Mən Donnarummanın tənqid olunmasını çox eşitmişəm. Komandanı qoldan xilas edə bilərdi, amma onun günahı olduğunu deyə bilməzsən. Orada top vurmaq asan deyildi. Bunun səhv olduğunu düşünmürəm. Anları ədalətli qiymətləndirmək lazımdır”.

Cavab matçı gələn həftə Liverpulda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button