“Real” “Mançester Siti”ni Ançelottinin oğlunun penalti planı ilə yıxıb

“Real” Çempionlar Liqasında “Mançester Siti”ni penaltilər seriyasında məğlub edərək, yarımfinala yüksəlib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, MS ilə oyunun sonunda “Real”da penalti vuranları “kral klubu”nun məşqçilər korpusunun üzvü, baş məşqçi Karlo Ançelottinin oğlu Davide Ançelotti seçib:

“Penalti seriyasına dörd-beş dəqiqə qaldıqda düşünməyə başladım. Çud Bellingem, Luka Modriç və Lukas Vaskes yaxşı penalti yerinə yetirirlər. Naçonun təcrübəsi və xarakteri var, məşqdə görürdük ki, penaltiləri yerinə yetirməkdə qərarlıdır. Rüdiger isə güclü zərbələri olan oyunçudur. Federiko Valverde beşinci vuruşu etməli idi, lakin o, çox yorğun olduğunu söylədi. Ona görə də, qərara gəldik ki, Rüdiger beşinci zərbəni vursun. Qərarı məşqçilər korpusu olaraq verdik”.

“Real” ÇL-in yarımfinalında “Bayern”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button