Qasperini Lukmanın hərəkətini bəyənməyib

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandanın hücumçusu Ademola Lukmanı Belçika “Brügge”si ilə UEFA Çempionlar Liqasının cavab matçında penaltidən yararlana bilmədiyinə görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Lukmanın davranışını bəyənmədiyini bildirib:

“Lukman indiyə qədər qarşılaşdığım ən pis penalti oyunçularından biridir. O, topu götürdü və penaltini yerinə yetirdi, baxmayaraq ki, Mateo Reteqi və De Ketelare bunu edə bilərdi. Ademolanın davranışını həqiqətən bəyənmədim”.

Cavab oyunu “Atalanta”nın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk qarşılaşmada da italiyalılar 1:2 hesabı ilə məğlub olmuşdu. Beləliklə, “Brügge” iki oyunun cəmində daha güclü olub və Çempionlar Liqasının 1/8 finalına adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button