ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu raundda 20 komanda pley-offa 10 vəsiqə uğrunda mübarizə aparacaq.
Türkiyə çempionu “Qalatasaray” bu raundda Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə üz-üzə gələcək. Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) isə bu mərhələdə Yunanıstan AEK-i ilə qarşılaşacaq.
ÇL-əd 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Rakuv” (Polşa) – “Aris” (Kipr)
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə)
“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)
Liqa yolu
“Braqa” (Portuqaliya) – TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)
PSV (Niderland) – “Şturm Qraz” (Avstriya)
Bizi Facebook-da izləyin