ÇL: “Qarabağ”ın potensial rəqiblərinin oyununda darmadağın
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Rakuv”a minimal fərqlə uduzub.
Bu cütün qalibinin 3-cü raunddakı potensial rəqibləri olan Kipr “Aris”i ilə Belarus BATE-si arasında keçirilən matçda isə qapılara 8 top vurulub.
2-ci təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
26 iyul
“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) 1:0
“Aris” (Kipr) – BATE (Belarus) 6:2
“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) 3:2
“Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) 1:1
“Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) 0:0
Bizi Facebook-da izləyin