ÇL: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 7 cavab görüşü baş tutub.

Azərbaycan çempionu “Qarabağ” səfərdə məğlub etdiyi Cəbəllüttariq “Linkoln”una doğma meydanda daha böyük hesabla qalib gəlib.

Tiflis “Dinamo”su isə Qazaxıstan “Astana”sına uduzaraq mübarizəni dayandırıb. “Qarabağ” və “Astana”dan başqa, Lyublyana “Olimpiya”sı, “Klaksvik”, Bratislava “Slovan”ı, “Ludoqorets” və HJK da növbəti mərhələyə yüksəlib.

İlk oyun günündə “Rakuv” (Polşa), “Jalgiris” (Litva), “Makkabi” (Hayfa, İsrail), “Şerif” (Moldova), BATE (Belarus), “Haken” (İsveç), “Zrinski” (Bosniya və Herseqovina) və “Breydablik” (İslandiya) ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları

19 iyul

“Valmiera” (Latviya) – “Olimpiya” (Sloveniya) 1:2
İlk oyun – 1:2

“Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) 1:2
İlk oyun – 1:1

“Ferentsvaroş” (Macarıstan) – “Klaksvik” (Farer adaları) 0:3
İlk oyun – 0:0

“Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllüttariq) 4:0
İlk oyun – 2:1

“Svift” (Lüksemburq) – “Slovan” (Slovakiya) 0:2
İlk oyun – 1:1

“Ludoqorets” (Bolqarıstan) – “Ballkani” (Kosovo) 4:0
İlk oyun – 0:2

“Larne” (Şimali İrlandiya) – HJK (Finlandiya) 2:2
İlk oyun – 0:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button