ÇL: 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.
Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tiflis) komandaları arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Slovakiyada “Slovan” və Lüksemburqun “Svift” klublarının iştirakı ilə oynanılan günün son dueli də eyni hesabla başa çatıb – 1:1.
Bu mərhələnin cavab oyunları 18-19 iyulda keçiriləcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsinin ilk oyunları
12 iyul
Astana (Qazaxıstan) – Dinamo (Tiflis, Gürcüstan) 1:1
HJK (Finlandiya) – Larne (Şimali İrlandiya) 1:0
Haken (İsveç) – TNS (Uels) 3:1
Farul (Rumıniya) – Şerif (Moldova) 1:0
Slovan” (Slovakiya) – Svift (Lüksemburq) 1:1
Bizi Facebook-da izləyin